"Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar"

"Bilirəm ki, həyat bumeranqdır. Həmin o müsahibəni alanların hamısı indi evlidirlər. Mən onlara pislik arzulamıram, amma yenə də deyirəm ki, həyat bumeranqdır. Günün birində bu hadisə onların başına gələrsə, o zaman anlayacaqlar. Məni övladlarımın atasının bu sənətə nə aidiyyatı var? Sənət adamı olsaydı, başqa məsələ. Düzdür, sənət adamı əlçatmaz olmalıdır. Amma elə bir dövrə gəlmişik ki, ailəmizi dolandırmaq üçün hər tədbirə getməliyik. Sənət adamının yaradıcılığı öndə olmalıdır. Anlayıram ki, şəxsi həyat hər kəsə maraqlıdır. Kimi araşdırsanız, hər kəsin yaralı bir yeri var. Ona toxunsaq, nə qazanacağıq? Sənət adamı səhnəyə sizə pozitiv ötürmək üçün çıxır. Onun xətrinə dəymək nəyə lazımdır?".