AXCP sədri Əli Kərimli ilə bağlı verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Nəsimi Rayon Məhkəməsi bir az əvvəl qərar çıxarıb. Məhkəmə AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib. Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.