
"Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Əksinə, üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir", - o əlavə edib.