“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı

Bu il də sərfəli qiymətləri ilə abunəçilərinə ən yaxın mobil olan operator “Nar” və Milli İnternet Mükafatı “NETTY” internetin Azərbaycan seqmentində həyata keçirilən rəqəmsal təşəbbüsləri mükafatlandırdı. Elm, maliyyə, innovasiya, səhiyyə, turizm, kimi geniş spektri əhatə edən müsabiqədə 200-dən çox layihə 9 nominasiya və 27 alt nominasiya üzrə qeydiyyatdan keçmişdi.
Qeyd edək ki, hər il “Nar”ın baş tərəfdaşlığı ilə keçirilən “NETTY” Milli İnternet Mükafatı 20 ildir internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “NETTY” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarif istiqamətinə uyğun olaraq həyata keçirilir. “Nar”ın KSM layihələri haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





