Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!

Təbiidir. Bilirsinizmi niyə? Çünki biz küçədə ağıldankəm hərəkət edən insanları da görəndə bir anlıq ayaq saxlayırıq. Baxırıq ki, dəlidirmi, xəstədirmi, yardıma ehtiyacı varmı? Amma sosial şəbəkənin alqoritmi amansızdır. Əlində telefon tutan şəxs ana səhifəsində anidən əcaib işlərin getdiyini görür, baxır ki, burada nə verir axı baş?! Bununla da onlara reytinq vermiş olur və beləcə məşhurlaşmağa başlayırlar. Həmin tiktokerlərə baxıb bitirdikdən sonra hökmən bloklamaq lazımdır. O qədər vacib işə çevrilib ki, ötüb keçməklə elə bilirəm günah qazanırıq. Oxşar paylaşım, bir damcı oxşar paylaşım, bi çıkan oxşar paylaşım bir daha qarşımıza çıxmasın.
Sosial şəbəkəmizi tənzimləmək inanın ki, öz əlimizdədir, sadəcə, xırda-xuruş funksiyanı bilmək kifayətdir. Bu qədər kütləvi sevinc ondan xəbər verir ki, əziz xalqımız doğrudan da belə əxlaqsız videoları görməkdən bezib. Azərbaycan polisinin əməliyyatı insanları o qədər sevindirib ki, davamını gözləyirlər və zövqümüzü bayağılıqları ilə işğal edənlərin təmizlənməsinin davamını görməyə müntəzirdirlər. Bu əməliyyat həm də mənəviyyatımızı hədəfə alanlara qarşı həyata keçirilib.
Dünəndən bəri, bəlkə də, əksər insanların sevinci Tiktok-da həyasızlıqları ilə gündəmə gələnlərə və gəlmək istəyənlərə göstərir ki, gedin başınıza bir çarə qılın. Ya adam kimi ictimaiyyətin qarşısına çıxın, ya da utanıb siçan deşiyinə girin.
Həmin tiktokerlərə maddi dəstək olanlar bir daha papağını qarşılarına qoyub düşünsünlər, bu həddə insanlara qənim kəsinlənlərə pul göndərməklə nə qədər böyük günah etmiş olurlar. Gələcəyimizin, keçmişimizin məhv olmasına yönəlik atılan 20 qəpiyin belə bədəli var.
Ümidimiz sönməsin, sevincimiz yarımçıq qalmasın, fürsəti əldən verməyək, “qara” tiktokerlərin əydiyi qəddimizi qaldıraq.