"Bu bir az müəmmalıdır, Kəmaləddin müəllim" - VİDEO

Görüntülərdə danışan şəxslər deyir:
"Baxın, özü də hamısı çöldə içəri girir. Bunlar vurulma ola bilər? Bir az müəmmalıdır. Belə götürəndə, Kəmaləddin müəllim, bunun üstü orada necədirsə, elə olmalı idi. Niyə bu qədər qırma deşiklər var?”
Videoda danışan şəxslərin nazir K.Heydərova müraciət etdiyi ehtimal olunur.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.