Hökümənin harada dəfn olunacağı məlum oldu - Qohumundan açıqlama

Bu sözləri AZXEBER.COM-a açıqlamasında AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən, stüardessa Hökümə Əliyevanın yaxın qohumu deyib.
O, həmçinin qeyd edib ki, məlumatı AZAL-dan aldıqdan sonra Hökümənin atası Cəlil Əliyev Bakıya gedib:
"Xəbəri alan kimi Hökümənin atası Bakıya getdi. Bu gün saat 12-də cəsədin Bakıya gətiriləcəyi deyilib. Cəsədin sabah ailəsinə təhvil veriləcəyi gözlənilir. Mərhum Samux rayon Alışanlı kəndində dəfn olunacaq".
Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.