“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi

Debat forumda çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması hər birimizin üzərinə düşən bir məsuliyyətdir. “Nar” olaraq, hədəfimiz uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, valideynlərə və cəmiyyətə bu mühüm məsələlərdə dəstək olmaq və hər bir uşağın daha təhlükəsiz rəqəmsal gələcəyini təmin etməkdir”.
Sərfəliliklə yanaşı, sosial məsuliyyət prinsiplərini fəaliyyətinin ayrılmaz hissəsi hesab edən “Nar” bu layihəyə dəstək göstərərək uşaqların hüquqlarının qorunmasına, valideynlərin maarifləndirilməsinə və təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir. Mobil operator sosial layihələr çərçivəsində regionlarda maarifləndirmə fəaliyyətlərini davam etdirməyi və cəmiyyətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyi uzunmüddətli prioritet kimi görür.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


