Təyyarə qəzasında ölən İsmayılın atası: "Bədənində zərbə izləri var idi" - FOTO

Atası mərhumun bədənində zərbə izləri olduğunu açıqlayıb:
"Meyit Bakıya bu gecə saat 2 radələrində gətirilib. Bədənində zərbə izləri var idi. Görünür, harasa dəyərək vəfat edib".
İ.İsmayılovun valideyni sonuncu dəfə qəzadan bir gün öncə danışdığını bildirib:
"Sonuncu dəfə ayın 24-ndə telefonla əlaqə saxlamışdıq. Dedi ki, sabah (yəni 25 dekabrda) Qroznıya görüşə getməliyəm. İki bacının bir qardaşı idi. 7 yaşlı bir qız övladı da var".