"Vəkillik institutunun hərtərəfli inkişafı hakim korpusunu çox sevindirir"

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev deyib.
"Vəkillik institutunun son illər ərzində hərtərəfli inkişafı hakim korpusunun nümayəndəsi kimi, məni çox sevindirir. Xüsusən prinsipiallığı və peşəkarlığı ilə seçilən vəkillərlə ədalət mühakiməsinin həyata keçirilməsində birgə çalışmaq qürurvericidir", - deyə o bildirib.
S.Hacıyev Vəkillər Kollegiyasının sədri Anar Bağırov olmaqla, bütün vəkilləri 28 dekabr - "Vəkil Günü" peşə bayramı münasibəti ilə təbrik edib: "Sizə möhkəm can sağlığı, ağır, eyni zamanda şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm".