Layihə çərçivəsində “Biz Birlikdəyik” komandası vasitəsilə ucqar kəndlərdə yaşayan 1000-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.
Sərfəli xidmətləri və sosial məsuliyyət təşəbbüsləri ilə bölgələrə ən yaxın mobil operator olan “Nar” bu təşəbbüsə dəstək verməklə birlik, həmrəylik və qayğı dəyərlərinin güclənməsinə töhfə verir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.