35 min səhmdarın diqqətinə: ABB-nin mənfəəti 30 mln. manata yaxın azaldı

Hesabat dövründə bankın faiz gəlirləri 17,2% artaraq 914,2 milyon manat, faiz xərcləri isə 85% artaraq 249,5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 340,2 milyon manata (illik müqayisədə 40,6% çox), qeyri-faiz xərcləri isə 521,1 milyon manata (illik müqayisədə 31,7% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 497,04 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 1% azdır.

Cari ilin yanvarın 1-nə bankın cəmi aktivləri 0.3% azalaraq 13,63 mlrd. manata enib. Bununla belə ötən il ABB-nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 25%-dən çox artaraq 5,86 mlrd. manata çatıb. 2023-cü ildə bu rəqəm 4,68 mlrd. manat təşkil edib.
Bu dövrdə ABB-nin cəmi öhdəlikləri 11,58 mlrd. manat manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlinə nisbətən 2,4% azdır. Bankın depozit portfeli (Müştərilərin depozitləri) isə 2024-cü ildə 10 mlrd. manatı ötüb. Bir ildə ABB-nin əmanət portfeli 6,5% və ya 610 mln. manat artıb.

Xatırladaq ki, ABB 2024-cü ildə ilk dəfə kütləvi səhm buraxılışı (İPO) həyata keçirib və səhmdarlarının sayını 35 minə çatdırıb. Bankın səhmbaşına düşən dividendi 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Bank 2025-ci il üzrə də səhmlərin gəlirliliyin 15% olacağını proqnozlaşdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.