Türkiyəli mediator Sumqayıt 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

Təşkilatın rəhbəri Etibar Həsənov təşkilatın fəaliyyəti barədə qonaqları tanış edib və iş prinsipləri barədə məlumat verib. Eyni zamanda türkdilli dövlətlərin mediatorlarının 2-ci qurultayının Azərbaycanda keçiriləcəyi və keçiriləcək qurultayda aktiv iştirak da müzakirə olunub.
Qonaqlar eyni zamanda ölkəmizdə mediasiya institutunun yeni yaranmasını nəzərə alaraq bir neçə mediasiya təşkilatında da mediatorlarla təcrübə mübadiləsi fonunda görüş keçirib. Belə ki, qonaqlar səfər çərçivəsində Abşeron 1 saylı Mediasiya Təşkilatı, Bakı 18 saylı Mediasiya Təşkilatının da qonağı olub və təşkilatların fəaliyyəti ilə yerində tanış olublar.





