Əhali "Azərbaycan Sənaye Bankı"ndan 17 milyondan çox depoziti geri çəkib

Hesabat dövründə bankın faiz gəlirləri 8.6% artaraq 36,04 milyon manat, faiz xərcləri isə 6.8% artaraq 28,27 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 15,77 milyon manat (illik müqayisədə 28% çox), qeyri-faiz xərcləri isə 25,83 milyon manata (illik müqayisədə 16.6% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 7,72 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 23.6% çoxdur.
Ötən il bankın aktivləri 4% və ya 30 milyon manat artaraq 779,25 milyon manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15.5% və ya 39.7 milyon manat artaraq 296,18 milyon manata çatıb.
Bu dövrdə "Azərbaycan Sənaye Bankı"nın cəmi öhdəlikləri 658,38 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3.7% və ya 23.5 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 1.6% və ya 7.3 milyon manat artaraq 465,91 milyon manata yüksəlib.

2025-ci il yanvar ayının 1-nə ASB-nin cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% və ya 6,55 milyon manat artaraq 120,87 milyon manat təşkil edib.