Xəstəxanada ürəyə şeir yazdı – Nəriman Həsənzadənin durumu necədir?

Musavat.com şairin vəziyyəti ilə maraqlanmaq üçün ona zəng edib. Yazıçının yaxını bildirib ki, şairin vəziyyəti yaxşıdır, hazırda dincəlir:
“Həkim ona telefondan uzaq durmağı tapşırıb. Ümumilikdə vəziyyəti stabildir. Çalışırıq ki, onu virusdan qoruyaq, yeni əməliyyat olunub, yaşı çoxdur, tez xəstələnə, yoluxa bilər. Hələ yaradıcılıqla da məşğul olmur. Xəstəxanada 1 bənd ürəyə aid şeir yazdı”.
Xatırladaq ki, 94 yaşlı şair bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzində ürəyindən əməliyyat edilib.