"Bakirəliyin bərpası üçün gələnlərin sayı çoxdur" - Ginekoloqdan ŞOK açıqlamalar - VİDEO

Nə zaman ölüm halı baş verə bilər? Həkim səhlənkarlığı hansı hallarda baş verir?
Narazılığa səbəb olan digər məsələ isə tibbdən anlayışı olmayanların əməliyyatlar etməsi və cərrahların ciddi əməliyyatları sosial şəbəkələrdə şouya çevirmələri ilə bağlı olur. Bəzi ginekoloqlar doğuş prosesini, vaginaplastika və sairə prosedurları çəkib sosial şəbəkələrdə ədəbsizcəsinə paylaşırlar. Düzdür, pasiyentin üzü göstərilməsə də, bütün proses açıq-aşkar görünür.
Bəs bu kimi hallar həkim etikasına nə dərəcədə uyğundur?
Cərrah-ginekoloq Rəşad Sultan "TV Müsavat"ın qonağı olub, bu və digər sualları cavablandırıb.
Həmin videomaterialı təqdim edirik: