AzİnTelekom 179 min manatlıq tədbir keçirəcək

Açıq mənbələrdə qeyd edilir ki, AzİnTelekom-un keçirmək istədiyi tədbirlər sırasında liderlik bacarıqlarının inkişafı ilə bağlı komanda quruculuq tədbiri, Uşaqlar günü, Maraqlar klubu – camping club, Ramazan bayramında iftar süfrəsi açmaq, idman yarışı olaraq voleybol və boulinq yarışları keçirmək və digərləri var.
Belə görünür ki, MMC-də bekarçılıqdır və pullarını nəyə xərcləyəcəklərini bilmirlər. Maraqlıdır ki, boulinq yarışı keçirmək və maraqlar klubu adlı tədbirlərin düzənlənməsinin quruma hansı fayda verəcək?