Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır

Yenilik.az oxu.az-a istinadən xəbər verir ki, o, "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun doğma əmisi qızıdır.
Xatırladaq ki, Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla dava zamanı balta atması nəticəsində klinikada xadimə işləyən Nəzakət Paşayeva ayağından xəsarət almışdı.
Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə ermənilərlə iş birliyi qurub. O, 2020-ci ilin martında Türkiyədə FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.