Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş

Ən maraqlı məqamlardan biri isə Rusiya tərəfinin iddia etdiyi “Ковер” əməliyyatının tətbiqi ilə bağlıdır.
Belə ki, Rusiya bu günədək təyyarənin Rusiya hava məkanında olduğu zaman “Ковер” əməliyyatlarının tətbiq edildiyini bildirirdi.
Lakin məlum olub ki, kənar müdaxilə nəticəsində 05:13:32-də (vaxt fərqi nəzərə alınmaqla UTC vaxtı ilə verilir) hava gəmisinin əsas idarəetmə sistemləri itirilib. Qara qutunun deşifrə olunması nəticəsində isə bəlli olub ki, bundan 8 dəqiqə sonra əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verib.