Şagirdlərə konfet adı altında narkotik maddə təklif olunur?

Həmçinin qeyd olunub ki, onun şokolad, fıstıq yağı, kola, albalı, üzüm, portağal aromatlı versiyaları da mövcuddur.
Buna görə də valideynlərdən uşaqlarına yad adamlardan konfet almamalı olduğunu izah etmələri vurğulanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir:

"Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb".