Şahin Bağırov elmlər doktoru elmi dərəcəsini satır - "Ali Attestasiya Komissiyasının əngəlləri məni bezdirdi..."

Pravda.az-ın xəbərinə görə, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, elmi seminara tarix elmləri doktoru, professor moderatorluq etdiyi üçün iş yenidən Ali Attestasiya Komissiyası tərəfindən təkrar seminara qaytarılıb: "Təkrar seminara isə... Açığı, bu bürokratik əngəllər məni bezdirdi və yenidən rüşvətxor elmi katib və seminar rəhbəriylə qarşılaşmamaq ücün dissertasiyamı satmaq qərarına gəlmişəm. Çünki əziyyət çəkmişəm, neçə illərimin yuxusuz gecələrini sərf etdiyim bu işi nə ata bilirəm, nə də tuta bilirəm!"