Keçmiş hakim köməkçisindən 10 min manatlıq dələduzluq əməli - FHN-də "iş"

Qaynarinfo-nun məlumatına görə, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə edilən İlqar İmamverdiyev hakim Rafail Sadıxovun çıxardığı hökmə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarında qeyd edilir ki, İlqar İmamverdiyev FHN-ə işə düzəltmək adı ilə Cavid aldı şəxsdənm 10 000 manat pul alıb.
O da məlum olub ki, İlqar İmamverdiyev bundan əvvəl də dələduzluq əməli törədib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı zamanı işdə adı şahid qismində keçən İlqar İmamverdiyevin tanışlarından biri verdiyi ifadədə onun təqsirləndirilən şəxsin əvvəllər Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində işlədiyini deyib.