Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC mebel alır.
Pravda.az-ın xəbərinə görə, “AzInTelekom” bunun üçün 68 808 AZN xərcləyəcək. Qurum “Eptal Group” MMC ilə müqavilə bağlayıb. Siyahıya müdir masası və kreslosu, işçi masası və kreslosu, iclas masası və s. daxildir.