Yevlaxda Novruz bayramının keçirilməsi 25 min manata başa gələcək

Pravda.az-ın xəbərinə görə, qurum “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” QSC ilə müqavilə bağlayıb.
Görüləcək işlərə bayram tonqalının hazırlanması, yandırılması, tonqalın yerinin təmizlənməsi, səmənilərin alınması və meydana düzülməsi, konsert proqramının təşkili, səhnə təribatı, atəşfəşanlıq (fişəng 100 atış) daxildir.