"Nar" ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
Sərfəli internet tarifləri və münasib qiymət siyasəti sayəsində "Nar" Müştəri Loyallığı İndeksi (Net Promoter Score - NPS) üzrə altıncı dəfə ölkənin lider mobil operatoru seçilib. Operator ümumi NPS göstəricisi üzrə lider olmaqla yanaşı, Gəncə, Xaçmaz, Sumqayıt, Abşeron və Lənkəran bölgələrində də ən yüksək nəticələri əldə edib. Respondentlərin fikrincə, ən yaxşı mobil internet və sərfəli qiymətləri məhz "Nar" təklif edir. Beynəlxalq araşdırma şirkəti tərəfindən keçirilən sorğuda müxtəlif yaş və peşə qruplarından insanlar iştirak edib və nəticələr "Nar"ın müştəri məmnuniyyətindəki dayanıqlı liderliyini təsdiqləyib."Nar" müştəri məmnuniyyətini yalnız sərfəli xidmətlə deyil, sosial məsuliyyət strategiyası ilə də gücləndirir. Operator 2024-cü ildə təhsil, milli-mənəvi irs, vətənpərvərlik və inklüzivliyə yönəlmiş 40-dan çox sosial layihəyə iki milyon manata yaxın sərmayə yatırıb. Bu təşəbbüslər "Nar"ın cəmiyyət üçün sosial dəyər yaradan bir brend olduğunu göstərir. Şirkət 2025-ci ildə də bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyir.
Hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
