Lamiyə İlhamsoy TƏKZİB ETDİ

Lamiyə İlhamsoy TƏKZİB ETDİ Mən, Lamiyə İlhamsoy, tərəfinizdən idarə olunan informasiya resursunda yayımlanmış və adımın hallandığı materiallarla bağlı bu rəsmi hüquqi tələb bildirişini təqdim edirəm.
2025-ci ilin mart ayında müxtəlif media platformalarında mənim barəmdə həqiqətə uyğun olmayan, yoxlanılmamış və qərəzli məlumatlar yayılmışdır. Həmin məlumatlar əsasında mənim işgüzar nüfuzuma ciddi zərər vurulmuş və əsassız şəkildə vəzifəmdən azad edilməyimə səbəb olmuşdur.
Bununla bağlı aparılmış rəsmi araşdırma nəticəsində Pirallahı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 206 və 207.1.1-ci maddələrinə əsasən 09.04.2025-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edildiyi, mediada səsləndirilən iddiaların heç birinin təsdiqini tapmadığı rəsmi şəkildə müəyyən edilmişdir.
Buna baxmayaraq, tərəfinizdən yayımlanmış materiallar hazırda da açıq şəkildə əlçatan olmaqla:
Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına əsasən sizdən aşağıdakıları qəti şəkildə tələb edirəm:
  1. Mənim adımın hallandığı bütün mətn, foto, video və digər materialların 48 saat ərzində platformanızdan tam silinməsi;
  2. Həmin məlumatların gələcəkdə yenidən yayımlanmasının qarşısının alınması;
  3. Məlumatların axtarış sistemlərindən (Google və s.) çıxarılması üçün tədbirlərin görülməsi;
  4. Zərurət yarandığı halda rəsmi təkzib və ya düzəliş xarakterli açıqlamanın dərc edilməsi.
Qeyd edirəm ki, bu tələb yerinə yetirilmədiyi təqdirdə hüquqlarımın müdafiəsi məqsədilə məhkəməyə müraciət ediləcək, həmçinin maddi və mənəvi zərərin ödənilməsi tələbi irəli sürüləcəkdir.
Bu müraciət hüquqi nümayəndə ilə məsləhətləşmə əsasında hazırlanmışdır.
Tələb olunduğu halda şəxsiyyətimi təsdiq edən sənədləri və rəsmi qərarların surətlərini təqdim etməyə hazıram.
Hörmətlə,
Lamiyə İlhamsoy

Tarix: 02.04.2026


Geri qayıt