“PAŞA Sığorta”, “Xalq Sığorta” və “Atəşgah” ən çox şikayət olunan şirkətlər siyahısında yer alıb

Ən aşağı şikayət indeksinə malik sığorta şirkətləri isə “Qala Sığorta” ASC (0,37) və “Azərbaycan Sənaye Sığorta” ASC (0,48) olub. “AtaSığorta” ASC (0,66) və “Meqa Sığorta” ASC (0,85) isə orta şikayət göstəricisinə malik şirkətlər sırasına düşüb.
Bu indeks vətəndaşların sığorta xidmətləri seçimini daha informativ şəkildə etməsinə kömək məqsədilə Mərkəzi Bank tərəfindən aylıq hesablanır və yayımlanır. Şikayət indeksinin hesablanması beynəlxalq metodologiya əsasında aparılır və aktiv lisenziyaya malik sığorta şirkətlərinə daxil olan şikayətlər nəzərə alınır.
Şikayət indeksi şikayətlər üzrə bazar payının bağlanan müqavilələr üzrə bazar payına bölünməsi ilə hesablanır. Bu, şirkətlərin bazardakı mövqeyinə uyğun olaraq daxil olan şikayətlərin nisbətini göstərir.