Şəfiqə Nağıyeva: “Qardaşımın oğlu nankor çıxdı”

“Daha yaxşı həyat sürə, irəliyə gedə bilərdim, amma həyatım qardaşlarıma, bir də qardaşımın oğluna sərf etdim. Hər gün bunun peşmanlığını çəkirəm. Qardaşımın oğlu nankor çıxdı. Anadan olandan, qırx günlüyündən onu saxladım, oxutdum ki, hüquq fakültəsinə qəbul olunsun. Oğluma neft şirkətində təklif olunan işi ona verdik. Mənə “ana” deyirdi, amma anaya xəyanət etdi. İndi xaricdədir. Heç bir əlaqə yoxdur. 2019-cu ildən bəri… Ehtiyac yoxdur, heç onun tapılıb gətirilməsini istəmirəm”.