Hikmət Hacıyevin açıqlaması Ermənistanı qarışdırdı

Yerli siyasətçilər isə söhbətin əsasən Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyandan getdiyini qeyd edirlər. Onların sözlərinə görə, Xocalı hadisəsinə görə, hər iki şəxsin adı Azərbaycanda cinayət işində keçir və əsas gühakar kimi göstərilir.
Politoloq Qarik Keryan isə deyir ki, Azərbaycanın bu tələbi Koçaryan və Sarkisyanla bitməyə bilər. Onun sözlərinə görə, rəsmi Bakı konkret siyahıya malikdir və həmin şəxslərin məsuliyyətə cəlb olunması üçün çalışır. “Belə çıxır ki, “müharibə cinayətkarları” anlayışı yarım milyon Ermənistan vətəndaşına şamil olunmalıdır”.
Keryan hesab edir ki, Ermənistan Azərbaycana qarşı yaxın bir-iki il üçün təhlükəsizlik əməliyyatlarının ssenarilərini hazırlamalıdır.