Şimali Makedoniya Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Şimali Makedoniya Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
 
Pravda.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
 Fotoları təqdim edirik




Geri qayıt