Hikmət Hacıyev: "Şərq-Qərb toqquşması dərinləşir"

"Azərbaycan olaraq, biz bütün prosesləri diqqətlə izləyirik. İlkin olaraq biz dünyada qütbləşmənin baş verdiyini görürük. Biz müşahidə edirik ki, Şərq-Qərb toqquşması dərinləşir, eyni zamanda, böyük güclərin çəkişməsini müşahidə edirik", - deyə o qeyd edib.
H.Hacıyev, həmçinin vurğulayıb ki, Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarı Azərbaycan olub:
"Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir. Ermənistan Azərbaycana qarşı iddialardan çəkinməlidir. Ermənistan öz təhlükəsizliyini kənarda yox, Cənubi Qafqaz regionunun daxilində axtarmalıdır".