“Azercell” mobil məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ
"Azercell Telekom" MMC abunəçilərindən mobil nömrələrdən istifadəyə görə aylıq xidmət haqqı tutur.Qeyd edək ki, bu xidmət haqqı hər ay telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcminin 2 manatdan az olduğu təqdirdə tətbiq edilir. Aylıq xidmət haqqı hesablanarkən Paycell və Simkredit xidmətlərindən istifadə nəzərə alınmır.
