Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev işdən çıxarıldı – Yeni TƏYİNAT

Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev işdən çıxarıldı – Yeni TƏYİNAT Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.
Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiq edib.
Nazirin digər əmri ilə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı Akademik Musiqili Teatrına yeni direktor təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.


Geri qayıt