“AAAF Park”da təhlükəli vəziyyət – Fotolar

Sakinlər bildirirb ki, problemlə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti, “AAAF İnşaat” rəhbərliyinə dəfələrlə müraciət də ünvanlayıb, narazılıqlarını bildiriblər. Lakin sakinlərin şikayətinə baxan yoxdur.
Sakinlərin sözlərinə görə, bu hal təkcə kompleksin həyətində yaşanmır. Xırdalanın əksər küçə və prospektlərində vəziyyət eynidir. Səkilərdə qanunsuz tikililər hərəkəti çətinləşdirib. Bu tikililər, səkilərin zəbt edilməsi səbəbindən insanlar işə, dərsə gedib gələrkən daim təhlükə ilə üzləşirlər.
Xatırladaq ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Onun adı tez-tez qanunsuz tikili işində hallanır.
“AAAF Park” sakinlərinin göndərdiyi fotoları təqdim edirik:
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul


