Sumqayıtda pediatrların birinci forumu keçirilib

Abşeron, Sumqayıt və Xızıdan 150-yə yaxın pediatrın iştirak etdiyi forumun təşkilat komitəsinin sədri Bəxtiyar Nağıyev bildirib ki, tədbirin əsas məqsədi pediatrların bir araya gələrək bu sahədəki aktual problemləri, pediatriyanın inkişafını, davamlı təhsilini, yeni diaqnostik, müalicə üsullarını öyrənmək və gələcəkdə elmi tədqiqatlara dəstək olmaqdır.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli ölkədə pediatriyanın inkişafı istiqamətində atılan addımlardan söz açıb.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt səhiyyəsində pediatriyanın inkişafından, görülən işlərdən və yeniliklərdən danışıb.
Forum pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən digər məruzələrlə yekunlaşıb.






