Kartofun qiymətilə bağlı AÇIQLAMA

"Bu da ölkədə kartof ehtiyatının qurtarması ilə bağlıdır. Üstəlik bu dönəm elə bir dönəmdir ki, qarşıdakı həftələrdə ölkənin cənubunda kartofun çıxma vaxtına yaxınlaşır. Ona görə xaricdən idxal edilən kartofun həcminə həssas yanaşılır, kütləvi şəkildə kartof idxal etmirlər. Çünki yerli kartof çıxanda, idxal kartof da ucuz satılacaq və onlar ziyana düşəcəklər. Bu səbəbdən kiçik partiyalarla idxal edirlər. Buna görə kartof bahalaşır, təklif azdır, tələb çoxdur".
Ekspert onu da qeyd edib ki, yaxın vaxtlarda kartof qiymətləri yenidən düşəcək:
"Biz qarşıdakı həftələrdə Cəlilabad, Masallı zonasında yerli kartofun bazara kütləvi çıxışını müşahidə edəcəyik. Bununla da, qiymət ucuzlaşacaq. Qış aylarına qədər kartofun qiyməti ötənilki kimi tənzimlənəcək".