Pünhandan Sərxana ağır cavab: “Onda olan məndə olsa, heç kəs salam verməz” -VIDEO

“Mənim Sərxanla yaxınlığım, dostluğum, yoldaşlığım olmayıb. İcazə vermirəm ki, mənə yaxın olmayan insan haqqımda nə isə danışsın. Deyə bilərəm ki, onda olanı mən özümə ayıb bilirəm. Belə desəm yaxşı çıxmır. Onda olan məndə olsa gərək mənə kimsə salam verməsin. Bunu desəm onun xoşuna gələr?! Mənimlə olan münasibətini kimsə şitdiyə çevirirsə, bu özü üçün səhvdir. Bu yerə gəlib çıxmışamsa, Sərxanın sayəsində olmayıb. Ona görə haqqımda söz deməyinə icazəm yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl Sərxan Kərəmoğlu “Rəngarəng” verilişində Pünhan Piriyev haqda atmacalı açıqlamalar vermişdi.
Yenisabah.az