Sədr: "Vəkillərin peşə hazırlığının artırılması əsas vəzifələrdən biridir"

O bildirib ki, 'Vəkillər Kollegiyası Akademiyasında vəkillərin peşəkar inkişafına xüsusi önəm verilir.
"Burada bütün vəkillər təlimlərə cəlb olunurlar. Hesab edirik ki, onların bilik səviyyəsinin artırılması ən böyük vəzifələrdən biridir. Akademiyada vəkillər, gənc hüquqşünaslar davamlı olaraq müxtəlif mövzularda təlim və tədris proseslərinə cəlb olunur, onların etik davranışının, hüquqi savadının, praktiki bilik və bacarıqlarının artırılmasına diqqət yetirilir", - deyə sədr qeyd edib.