“Bakcell” ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - Video

Yeni brend strategiyası və müştəriyönümlü yanaşması ilə “Bakcell” bu gün xüsusi olaraq Qarabağ və bütün Azərbaycan bölgələrində ən sürətli, innovativ məhsul və xidmətlərini təklif edir. Rebrendinq nəticəsində Bakcell ölkənin rəqəmsal inkişafına töhfə verməklə yanaşı, innovasiyalara, dayanıqlılığa və milli dəyərlərə sadiqliyini də nümayiş etdirir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir."Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.