İcarəyə götürdüyü “Mercedes”i hissələrə bölüb satdı - Bu cəzanı aldı

Musavat.com xəbər verir ki, 35 yaşlı Xəlil “Mercedes Vito” markalı avtomobili aylıq 1500 manata icarəyə götürüb.
Bir müddət sonra icarə haqqını ödəməyib. Bu azmış kimi, Ramil Rüstəmova məxsus avtomobili hissələrə bölərək satıb. Bununla da avtomobilin sahibi olan Ramil Rüstəmova 25 min manat ziyan dəyib.
Əməlindən peşman olduğunu deyən Xəlil zərəri ödəməyib. Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.