İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm

Bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
İran Prezidenti deyib ki, burada özünü yad hiss etmir: “Mən özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm. İnşallah, əlaqələrimiz iqtisadi, siyasi, hərbi və digər sahələrdə inkişaf edəcək”.