Mediatorların üzvlük haqqı borclarının yığılması üzrə işçi qrupun iclası keçirilib

Bakı şəhərində fəaliyyət göstərən mediatorların və mediasiya təşkilatlarının üzvlük haqqı borclarının yığılması üzrə işçi qrupun rəhbəri, mediator Aqil Əsgərov, rəhbər müavini, mediator Tural Məmmədov, Bölgələr üzrə fəaliyyət göstərən mediatorların və mediasiya təşkilatlarının üzvlük haqqı borclarının yığılması üzrə işçi qrupun rəhbəri, mediator Musa Ramazanov, rəhbər müavini, mediator Ramin Şükürov, üzvlər - mediatorlar Elman Hənifəli, Hümmət Əliyev, Raul İsmayılov, Yusif Həsənov və Südabə Məmmədova tərəfindən siyahılar bir daha müzakirə edilmiş və mediatorlara bu barədə məlumat verilmişdir. İşçi qrup bu sahədə işlərini tamamladıqdan sonra üzvlük haqqı ödənişlərini etməyən mediatorlarla bağlı Mediasiya Şurasının İdarə Heyəti və İntizam Komissiyası qarşısında qeyd edilən mediatorlarla bağlı üzvlük haqqı ödənişlərinin ödənilməsi üzrə intizam icraatının başlanması ilə əlaqədar təklif verməklə yanaşı borcların dəqiq məbləği barədə də məlumatları təqdim edəcəkdir.