Eldar Əzizov: “Yaşayış səviyyəmiz Fransa kimidir”

E.Əzizov bildirib ki, bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da hiss olunur:
“Bu inkişaf ölkənin bütün istiqamətlərində davam edir. İşğaldan azad olunan ərazilərdə işlər sürətlə aparılır. Ora ilə yanaşı, paytaxtda və digər regionlarda inkişaf, islahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəlidəyik. Balaca ölkə olsaq da, bizim sözümüz keçir”.
Oxu.az