Diqqətli olun! “Bolt” kartınızdan pul silə bilər – Foto

“Şikayətim “Bolt”dandır. Səhər taksi sifariş etdim və sürücü tapılmadığı üçün sifariş proqram tərəfindən ləğv olundu. Bu haqda proqramın özündə də əks olunub və gedişhaqqı 0 qeyd olunub. Üzərindən 1 saata yaxın vaxt keçdikdən sonra kartımdan gedişhaqqı çıxılıb. Dəstək xidmətinə yazıram “yola verir””.
Qeyd edək ki, son vaxtlar “Bolt” taksi xidməti ilə bağlı bu tip şikayətlər həddən artıq artıb. Şirkət isə hələlik məsələyə aydınlıq gətirmir.
Qarşı tərəfi dinləməyə hazırıq.