Ekoloqlarımız Cenevrə şəhərində BMT-nin mühüm iclaslarında təmsil olunublar (FOTOLAR)

Tədbirdə konvensiya tərəflərinin nümayəndələri, müşahidəçilər, QHT və digər maraqlı tərəflər iştirak edib. Toplantıda ətraf mühitə zərərli təsirləri olan istifadəsi və dövriyyəsi məhdudlaşdırılmış, həmçinin qadağan edilmiş çirkləndiricilərlə əlaqədar hər üç konvensiya üzrə əsas toplantının gündəliyinə daxil edilmiş məsələlərin, qarşılıqlı əməkdaşlıq imkanları, dəstək, bilik və bacarıqların artırılması üçün yaradılmış imkanların müzakirəsi aparılıb.
Bundan əlavə, Bazel və Stokholm Konvensiyaları üzrə öncədən qəbul olunmuş qanunlar və alt sənədlərə düzəlişlər barədə müzakirələr olub və nəticədə onlardan bir qismi qəbul edilib.
İclasda təşkilatların büdcə və texniki yardım məsələləri müzakirə edilib, habelə iştirakçı ölkələrin nümayəndələrinin çıxşları və təklifləri dinlənilib.



