Vəkillər məhkumlara növbəti pulsuz hüquqi yardım göstərdi - FOTO

Belə ki, “Presedent” Vəkil Bürosunun vəkilləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri isə 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən şəxslərlə görüşlər keçirib, onlara fərdi qaydada pulsuz hüquqi yardım göstəriblər.
Görüşlər zamanı 50-yə yaxın məhkuma hüquq və azadlıqlarına dair müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.













