DSX-nin 190 minlik tenderi ləğv edildi
16-05-2025, 18:19
Dövlət Sərhəd Xidmətinin (DSX) soyuducuların və yeməkxana avadanlıqlarının əsaslı təmiri ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Ləğv edilmənin səbəbi açıqlanmayıb.
Satınalmanın ümumi dəyəri 189 525 AZN olub.
Geri qayıt