“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi

Bu təşəbbüs eşitmə məhdudiyyətli şəxslərlə effektiv ünsiyyət qurmaqla xidmətlərin tam əlçatan olmasını təmin etməyi hədəfləyir. Təlimlər təcrübəli və sertifikatlı eşitmə məhdudiyyətli şirkət əməkdaşları tərəfindən aparılacaq ki, bu da öyrənmə prosesinə həm real təcrübə, həm də dəyər qatır.
Layihənin növbəti mərhələsində eşitmə məhdudiyyətli şəxslərin ehtiyaclarını dərindən analiz edərək, onlar üçün xüsusi olaraq dizayn edilmiş sərfəli və rahat məhsullar, eləcə də Çağrı Mərkəzi dəstəyi təqdim olunacaq. Məqsəd — bu icma üzvlərinə gündəlik həyatlarında maneəsiz kommunikasiya imkanı yaratmaq və onların real ehtiyaclarına cavab verən xidmətlər təqdim etməkdir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

