Sürət qatarları tənqid edildi: “Özbəkistandan da geri qalırıq...”

Pravda.az xəbər verir ki, İ.Şaban videonu belə şərh edib:
““Jiquli” sürətindəyik.. “Afrosiyob”a bu sürətlə çatmağımız mümkün deyil. Qatarların sürəti məsələsində Azərbaycan Özbəkistandan xeyli geri qalır. Özü də bizdə Bakı-Ağstafa faktiki döngəsiz yoldur. Hacıqabul döngəsini nəzərə almasaq, 250 km/saat stabil sürət əldə etmək beləmi problemdir?”
Onun paylaşımına yazılan şərhlərin bəzilərini təqdim edirik:
“Biz hər gün o sürətlə işə gedib, qayıdırıq. Hərdən elə gedir ki, düşüb itələmək istəyirsən...”
“ADY-nin qatarları Stadler Kiss və Flirt qatarlarıdır. Onların da maksimum sürəti 200 km/saatdır. Bizim yollar, çox güman ki, təhlükəsizlik hasarı olmadığına görə, ya da relslər yararsız olduğu üçün 90 km-dən artıq sürmür”.