Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı

Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.